Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə edilən hücumu pislədi
Siyasət
199
14:25, Bu gün

Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə edilən hücumu pislədi

Azərbaycan bir qrup etirazçının Birləşmiş Ərəb Əmirliklərinin Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə hücumunu pisləyir.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sosial media hesabında paylaşım edilib.
 
Bildirilib ki, diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir:
 
"Bu, diplomatik heyətin və binaların təhlükəsizliyini və mühafizəsini təmin edən Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası da daxil olmaqla, beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır. Suriya rəhbərliyinin yaydığı bəyanatı, eləcə də günahkar şəxslərin hüquqi müstəvidə cəzalandırılması üçün bütün zəruri addımların atılacağına dair verdiyi vədi müsbət qiymətləndiririk".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər