Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi - VİDEO
Siyasət
234
21:50, Bu gün

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi - VİDEO

Ukrayna hüquq-mühafizə orqanları Rusiya silahlı qüvvələrinin tərkibində döyüşmüş Azərbaycan vətəndaşını Bakıya ekstradisiya edib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Elbəyi Həsənli “Ukrinform”a istinadla paylaşıb.

Məlumata əsasən, Hacıqabul rayonundan olan 45 yaşlı şəxs 2023-cü ildə Rusiya ordusu ilə müqavilə bağlayaraq, Donetsk istiqamətində Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak edib. O, 2024-cü ilin iyun ayında Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb və sonradan Azərbaycanın Baş Prokurorluğunun müraciəti əsasında ölkəsinə təhvil verilib.

“Bu addım Ukraynanın beynəlxalq hüquqa uyğun hərəkət etdiyini göstərməklə yanaşı, Azərbaycanla münasibətlərdə qarşılıqlı etimadın mövcudluğunu da nümayiş etdirir” - o bildirib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər