XİN: Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olur
Bizi sosial şəbəkələrdən izləyin:
“4 aprel – Mina Təhlükəsi və Minatəmizləmə Fəaliyyətinə Dəstək üzrə Beynəlxalq Gün münasibətilə Azərbaycan minaların yaratdığı ağır humanitar təsirlərin aradan qaldırılmasına sadiqliyini bir daha təsdiqləyir”.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yayılan bəyanatda bildirilib.
Bəyanatda deyilir:
“Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmaqda davam edir, bərpa işlərini ləngidir və məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olur".
Azərbaycanın mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasında qaldığı qeyd olunub:
"Biz beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə fəaliyyətlərinə və zərərçəkənlərə yardımın gücləndirilməsinə çağırırıq.
Minalardan azad gələcək dayanıqlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır".