Bakı və Nyu-Delhi ticarət, turizm, əczaçılıq və terrorizmə qarşı mübarizəni müzakirə edib
Siyasət
122
18:15, Bu gün

Bakı və Nyu-Delhi ticarət, turizm, əczaçılıq və terrorizmə qarşı mübarizəni müzakirə edib

Azərbaycanla Hindistan iqtisadiyyat, ticarət, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

Moderator.az Hindistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Randhir Caysvalın paylaşımına istinadən xəbər verir ki, bu məsələ bu gün Hindistan XİN-in Qərb Departamentinin katibi Sibi Corcun Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə müzakirə edilib.

Caysval vurğulayıb ki, bu gün katib Corcun iştirakı ilə Bakıda iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib.

"Tərəflər (məsləhətləşmələr çərçivəsində - red.) qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçiriblər. Ticarət, texnologiyalar, turizm, əczaçılıq, mədəniyyət, insanlararası əlaqələr və transsərhəd terrorizmə qarşı mübarizə məsələləri müzakirə edilib", - Randhir Caysval yazıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər