Azərbaycan Qazaxıstan arasında strateji müttəfiqlik münasibətləri müzakirə olunub
Siyasət
228
17:25, Bu gün

Azərbaycan Qazaxıstan arasında strateji müttəfiqlik münasibətləri müzakirə olunub

3 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov və Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Alibek Bakayev arasında görüş keçirilib.

XİN-dən Moderator.az-a verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

2 aprel tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi yüksək qiymətləndirilib. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə eyni zamanda, regional və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər