Siyasət
188
20:40, Bu gün

"Haber Global": "Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik müzakirə olunub" - VİDEO

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edib.

Moderator.az xəbər verir ki, "Haber Global" bu barədə xüsusi videomaterial hazırlayıb.

 

 

Qeyd olunub ki, C.Yılmaz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin görüşünə qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də C.Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bundan əlavə, Yılmaz Bakıda bir sıra rəsmi görüşlər keçirib.

"Şuşa Bəyannaməsində də öz əksini tapan, müttəfiqlik prinsiplərinə əsaslanan bu əlaqələr, ümummilli lider Heydər Əliyevin ifadə etdiyi kimi, "bir millət, iki dövlət" anlayışına söykənir. Buna görə də qarşılıqlı səfərlər hər fürsətdə həyata keçirilir. Həmçinin, prezidentlərimizin malik olduqları ortaq və güclü baxış bu münasibətlərin ən möhkəm təməlini təşkil edir", - deyə vitse-prezident bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər