21:19
13°C
Bakı
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Baş naziri Əli Əsədovla təkbətək görüş keçirəcək.
Moderator.az xəbər verir ki, türkiyəli rəsmi bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Birazdan baş nazirlə ikitərəfli görüşümüz olacaq. Daha sonra isə Qırğız və Şimali Kipr Türk Respublikalarının baş nazirləri ilə görüşəcəyik. Bu cür platformalar ikitərəfli görüşlər üçün də bir fürsətdir. Bu fəaliyyətlərimizi davam etdirəcək, sülh və sabitlik içində inkişaf etməyə davam edəcəyik" - deyə vitse-prezident əlavə edib.