21:19
13°C
Bakı
"Cənubi Qafqazda sülh mühitinin formalaşması ilə birlikdə türk dövlətləri ilə Türkiyə arasında əlaqələrin daha da güclənəcəyinə inanırıq".
Moderator.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türk Dövlətləri Təşkilatının son dövrlərdə əldə etdiyi irəliləyiş çox mühümdür:
"Dünyada geosiyasi gərginliklərin artdığı, risk və qeyri-müəyyənliklərin yüksəldiyi bir dövrdəyik. Beynəlxalq qurumların və qaydaların zəiflədiyini görürük. Belə bir şəraitdə ikitərəfli münasibətlərin və regional inteqrasiyanın daha da önəmli olduğunu anlayırıq".