Əli Əsədov Türkiyə və Özbəkistanı dünya çempionatına vəsiqə qazanmaları münasibəti ilə təbrik edib
Siyasət
189
11:22, Bu gün

Əli Əsədov Türkiyə və Özbəkistanı dünya çempionatına vəsiqə qazanmaları münasibəti ilə təbrik edib

"Martın 31-də Türkiyə milli komandası Kosovo üzərində qazandığı qələbə nəticəsində 24 il sonra yenidən futbol üzrə dünya çempionatına vəsiqə qazandı. Bu möhtəşəm qələbə hər birimiz üçün xüsusi sevinc mənbəyinə çevrildi. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirik".
 
Moderator.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib.
 
"Eyni zamanda, Özbəkistanın da tarixində ilk dəfə olaraq dünya çempionatına yüksəlməsi xüsusi qürur və sevinc doğurur. Bu tarixi nailiyyətə qardaş Özbəkistan hələ ötən ilin iyun ayında imza atıb. Hər iki uğur bütövlükdə türk dünyasının zəfəri kimi qiymətləndirilə bilər. Bu qələbələr türk xalqlarının bütün sahələrdə yüksəlişini aydın şəkildə əks etdirir", - deyə hökumət başçısı əlavə edib.
 
Baş nazir həmçinin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı doğum günü münasibəti ilə təbrik edib, ona fəaliyyətində davamlı uğurlar arzulayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər