Pakistanlı ekspert dördtərəfli görüşün detallarını açıqladı - VİDEO
Siyasət
276
01 Apr 2026 | 23:27

Pakistanlı ekspert dördtərəfli görüşün detallarını açıqladı - VİDEO

İslamabadda davam edən danışıqlar yalnız region üçün deyil, həm də Qlobal Cənub üçün mühüm dönüş nöqtəsidir.

Bunu Baku TV-yə açıqlamasında pakistanlı jurnalist və siyasi şərhçi Hamza Azhar Salam bildirib.

Onun sözlərinə görə, İslamabad bu mərhələdə əsas vasitəçi kimi önə çıxıb. Ənənəvi vasitəçilərdən biri olan Oman isə bu dəfə prosesdə yetərincə fəal rol ala bilməyib.

 

 

Jurnalist gərginliyin ən yüksək həddə çatdığını vurğulayıb:

"Hazırda ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir. Hər iki tərəf müxtəlif nöqtələrdə bir-birini hədəfə alır, bu isə həm region, həm də dünya üçün olduqca həssas və təhlükəli vəziyyət yaradır".

İslamabadda gedən danışıqlar fonunda Misir, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan xarici işlər nazirlərinin dördtərəfli görüşünün keçirildiyini qeyd edən siyasi şərhçi region ölkələrinin sülh səyləri ətrafında bir araya gəldiyini və ümumi vəziyyəti yumşaltmağa çalışdığını bildirib.

Hamza Azhar Salam bütün bu təşəbbüslərin yaxın günlərdə gərginliyin ciddi şəkildə azalmasına səbəb olacağına dair müəyyən ümidlər olduğunu vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər