Ümumdünya Vərəmlə Mübarizə Gününə Həsr Olunmuş Parlament Görüşü keçirildi - FOTO
Siyasət
140
19:10, Bu gün

Ümumdünya Vərəmlə Mübarizə Gününə Həsr Olunmuş Parlament Görüşü keçirildi - FOTO

 

30 mart tarixində deputat Pərvanə Vəliyevanın təşəbbüsü ilə parlamentarilərin vərəmlə mübarizə üzrə Qlobal Koalisiyası ilə birgə Ümumdünya Vərəmlə mübarizə gününə həsr olunmuş “Öhdəlikdən Fəaliyyətə: Vərəmin aradan qaldırılmasına parlamentlərin rolu” adlı görüş keçirilib.

Moderator.az xəbər verir ki, görüşdə dünyanın müxtəlif ölkələrindən olan parlament üzvlərini bir araya gələrək, vərəmlə mübarizədə cavab tədbirlərinin gücləndirilməsində qanunvericilərin mühüm rolunu müzakirə ediblər.

Tədbiri giriş sözləri ilə açan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, həmçinin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Parlamentarilərin Vərəm əleyhinə Qlobal Koalisiyasının (Global TB Caucus) həmsədri Pərvanə Vəliyeva Azərbaycanda vərəmlə mübarizə sahəsində mühüm irəliləyişlərin əldə olunduğunu, ümumi xəstələnmə göstəricisinin davamlı şəkildə azaldığını rəqəmlərlə təqdim edib.

Deputat bildirib ki, “Bu azalma tendensiyası həyata keçirilən ictimai səhiyyə tədbirlərinin və hədəfli müdaxilələrin effektivliyini əks etdirir. Yeni diaqnoz qoyulan vərəm hallarının sayında da oxşar dinamika müşahidə olunur. Yeni halların ardıcıl şəkildə azalması erkən aşkarlama, profilaktika və müalicə strategiyalarında əldə olunan irəliləyişləri sübut edir.

Görüş çərçivəsində ABŞ-ın Çikaqo Hüquq Məktəbinin insan hüquqları üzrə eksperti, professor Brayan Sitro Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin vərəm haqqında qanunvericilikləri ilə bağlı apardığı tədqiqatın nəticələrini təqdim edib. O, sözügedən tədqiqat layihəsinin tövsiyələrini diqqətə çatdırıb və onların mövcud milli vərəm qanunvericiliyinin gücləndirilməsi üçün əhəmiyyətini vurğulayıb.

Daha sonra Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İndoneziya, Esvatini və Azərbaycandan olan parlament üzvləri tərəfindən milli prioritetlər və vərəmlə mübarizəni sürətləndirmək üçün qanunvericilik təşəbbüsləri ilə bağlı çıxışlar edilib. 

Sonda isə parlamentarilər bu sahədə mümkün növbəti addımları əks etdirən tədbirlə planını qəbul ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər