22:12
13°C
Bakı
ABŞ Prezidenti Donald Tramp İrəvan və Bakı arasında münasibətlərin yaxşılaşdırılmasında fəal iştirak edir.
Moderator.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Paşinyanın səyləri sayəsində Ermənistanla Azərbaycan arasında münasibətlər sabitləşib.
Rusiya prezidenti onu da əlavə edib ki, Rusiya İrəvanın KTMT-yə qarşı şikayətlərindən xəbərdardır, lakin Ermənistanın Praqa sammitində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra KTMT-nin prosesə müdaxilə edə bilmədiyi aydındır.