Rusiya İranın “qanının arasına” girir”? - FOTO
Siyasət
347
21:37, Bu gün

Rusiya İranın “qanının arasına” girir”? - FOTO

Yaxın Şərqdə cərəyan edən proseslər fonunda Rusiya prezidenti Vladimir Putinin mövqeyi müzakirələr doğurmağa davam edir. Uzun illərdir ki, bu regionda aktiv oyunçu kimi çıxış edən, xüsusilə Suriya müharibəsində və İran ilə strateji tərəfdaşlıqda ön plana çıxan Kremlin indiki davranışları ciddi suallar yaradır.

Şimal qonşumuz Yaxın Şərqdən sanki “əlini üzmüş durumda” görünür. Qərb və regional güclər açıq qarşıdurmaya yaxınlaşdığı bir vaxtda Rusiyanın gözlənilən sərt reaksiyanı verməməsi, hətta bəzi hallarda müttəfiqlərinə açıq dəstək nümayiş etdirməməsi Kremlin nə etmək istədiyi barədə müzakirələri daha da dərinləşdirir.

Vladimir Putin Yaxın Şərq böhranında hansı rolu oynayır? Rusiya həqiqətənmi Yaxın Şərqdən geri çəkilib, yoxsa başqa planı var?

İranla müharibə nə qədər davam edəcək və necə başa çatacaq?

ƏHD partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-da ehtimallarını səsləndirdi:

“Rusiya dövləti hər zaman həm Yaxın Şərqdə, həm də regionda öz maraqları çərçivəsindən çıxış edib. Doğru yanaşmadır ki, Vladimir Putin uzun illərdir regionda aktiv oyunçu kimi çıxış edən, xüsusən İranla çox yaxın münasibətləri olan şəxsdir. Təbii ki, Amerika- İsrail və İran arasında müharibə başlanandan Moskvanın susqunluğu açıq aşkar görünməkdədir. Rusiya hal-hazırda müşahidəçi rolundadır. Görünür bu məqamda bu cür davranış Rusiyanın maraqlarına cavab verir. Biz unutmamalıyıq ki, Trampla Putinin şəxsi münasibətləri var. Güman edirəm ki, ABŞ-la Rusiya arasında İran məsələsində müəyyən razılıq əldə olunub. Necə deyərlər siyasətdə nə daimi dostluq, nə daimi düşmənçilik, nə də daimi maraqlar var. Həmçinin də, biz unutmamalıyıq ki, Rusiya 4 ildir Ukrayna ilə müharibə aparır və yenidən hansısa müharibəyə cəlb olunması bu ölkəyə qətiyyən sərf etmir. İnanmıram ki, Trampın hakimiyyəti dövründə Rusiya ilə Amerika və ya Qərb toqquşsun”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər