Azərbaycanın UNESCO ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib
Siyasət
299
31 Mar 2026 | 20:00

Azərbaycanın UNESCO ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ilə UNESCO-nun yeni təyin olunmuş Baş direktorunun müavini Asa Reqner ilə görüşüb.

Moderator.az xəbər verir, bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi "X"də paylaşım edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub:

"Müzakirələr Azərbaycanın UNESCO-dakı fəal rolu, gender bərabərliyi, təhsil, UNESCO 80 təşəbbüsü və gələcək əməkdaşlıq perspektivləri üzərində cəmləşib", - deyə paylaşımda qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər