TÜRKPA 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yaydı
Siyasət
285
15:54, Bu gün

TÜRKPA 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yaydı

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.
 
Moderator.az xəbər verir ki, bəyanatda deyilir:
 
"TÜRKPA Beynəlxalq Katibliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq, 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğınların qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.
 
Etnik təmizləmə zəminində Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilmiş bu dəhşətli qətliam minlərlə günahsız insanın həyatına son qoymuş ən ağır cinayətlərdən biri kimi xalqın qan yaddaşına yazılmışdır. Günahsız insanlara qarşı həyata keçirilmiş bu hadisə xalqın mədəni və mənəvi irsinə də ciddi zərbə vurmuşdur.
 
TÜRKPA Beynəlxalq Katibliyi 108 il bundan əvvəl törədilmiş soyqırım hadisəsini qətiyyətlə pisləyir və faciə qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edir".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər