Azərbaycan BMT Baş Assambleyasının yüksəksəviyyəli tədbirində təmsil olunub - FOTO
Siyasət
261
20:45, Bu gün

Azərbaycan BMT Baş Assambleyasının yüksəksəviyyəli tədbirində təmsil olunub - FOTO

BMT-də Beynəlxalq Sıfır Tullantı Günü (International Day of Zero Waste) ilə bağlı tədbir keçirilib və Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev də iştirakçılar arasında olub.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin "X"dəki hesabında məlumat yayılıb.

"Azərbaycan iqlim, ekosistemlər və ərzaq təhlükəsizliyi üçün ciddi fəsadları olan bir məsələ kimi qida tullantıları ilə mübarizənin təcili ehtiyac olduğunu vurğulamaq məqsədilə BMT Baş Assambleyasının (UNGA) yüksək səviyyəli tədbirinə qoşulub", - məlumatda bildirilib.

COP29-a əsaslanaraq, üzvi tullantılardan ayrılan metan qazının azaldılması və dayanıqlı, dairəvi qida sistemlərinin təşviqi təşəbbüsləri vurğulanıb:

"Türkiyənin COP31 sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilmiş "Zero Waste" gündəliyi üzrə liderliyinə uyğun olaraq, şəhərlərin, iqlimin və dayanıqlılığın kəsişməsində, o cümlədən Bakıda keçiriləcək WUF13-də (Ümumdünya Şəhərsalma Forumu) əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirik".

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər