Hikmət Hacıyev TDT liderlərinin diplomatik köməkçilərinin toplantısında iştirak edib - FOTO
Siyasət
257
18:40, Bu gün

Hikmət Hacıyev TDT liderlərinin diplomatik köməkçilərinin toplantısında iştirak edib - FOTO

Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı keçirilib.

Moderator.az xəbər verir ki, toplantıda Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təmsil edib.

Toplantı ilə bağlı "X" hesabında paylaşım edən H. Hacıyev bildirib ki, Macarıstan tərəfinin dəvəti ilə Budapeştdə TDT çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində uğurlu görüş keçirilib: "Görüş zamanı təşkilatın Qəbələ Zirvə Görüşünün nəticələri nəzərdən keçirilib və Azərbaycanın sədrliyi dövründə müəyyən olunmuş prioritetlərə istinad edilərək mövcud qlobal çağırışlar fonunda təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlki sammitlərdə də vurğuladığı kimi zəngin təbii ehtiyatları, enerji potensialı və əsas nəqliyyat marşrutlarını əhatə edən strateji geosiyasi mövqeyi ilə türk dünyası Avrasiya qitəsində mühüm yer tutur və Türk Dövlətləri Təşkilatı artıq vacib geosiyasi mərkəzlərdən birinə çevrilib".

Toplantı çərçivəsində Hikmət Hacıyev bir sıra görüşlər də keçirib.

Hikmət Hacıyev TDT liderlərinin diplomatik köməkçilərinin toplantısında iştirak edibHikmət Hacıyev TDT liderlərinin diplomatik köməkçilərinin toplantısında iştirak edib

Link kopyalandı!
Son xəbərlər