Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev 2026-cı il üçün Azərbaycanın həmsədri olduğu Miqrasiya üzrə Qlobal Paktın (GCM) "Çempion ölkələr" təşəbbüsü adından BMT-də keçirilən Beynəlxalq Miqrasiya İcmalı Forumunun (IMRF) Proqres Bəyannaməsi üzrə qeyri-rəsmi məsləhətləşmələrdə çıxış edib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, Ş.Hacıyev təşəbbüsün miqrasiyanın bütün mərhələlərində əməkdaşlığı gücləndirməyə xidmət etdiyini vurğulayıb.
Diplomat bildirib ki, "çempion ölkələr" təhlükəsiz, nizama salınmış və müntəzəm miqrasiyanın 23 məqsədinin həyata keçirilməsinə sadiqliklərini bir daha təsdiqləyirlər. Bəyanatda miqrantların, xüsusən uşaqların hüquqlarının qorunmasına və onların cəmiyyətlər üçün faydalı töhfə verə biləcəyi şəraitin yaradılmasına diqqət yetirilib.
Ş.Hacıyev, həmçinin vurğulayıb ki, "çempion ölkələr" bütün nümayəndəliklərlə əməkdaşlıq edərək ikinci IMRF üçün balanslı və fəaliyyət yönümlü Proqres Bəyannaməsinin hazırlanmasını təmin etməyə çalışacaqlar.