Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər bölgəsində təhlükəsizliyi müzakirə edib
Siyasət
189
21:20, Bu gün

Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər bölgəsində təhlükəsizliyi müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Seyid Abbas Əraqçı arasında telefon danışığı baş tutub.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı regional vəziyyət müzakirə olunub. Nazirlər bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətində mümkün səylər ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti vurğulanıb.

C. Bayramov, həmçinin İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları üzrə araşdırmanın tamamlanması istiqamətində rəsmi Bakının gözləntilərini bir daha diqqətə çatdırıb.

Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Link kopyalandı!
Son xəbərlər