Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb
Siyasət
140
18:10, Bu gün

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb.

Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi publik hüquqi şəxslərin təhvil-təslim işlərinin təşkili və Agentlik fəaliyyətə başlayanadək idarə edilməsi üçün rəhbəri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olmaqla komissiya yaradılmasını təmin etməlidir.

Link kopyalandı!
Son xəbərlər