Cinayət mühakimə icraatı zamanı sənədlərin elektron qeydiyyatı qaydası hazırlanacaq
Siyasət
137
17:19, Bu gün

Cinayət mühakimə icraatı zamanı sənədlərin elektron qeydiyyatı qaydası hazırlanacaq

Cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydası hazırlanacaq.

Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə edilib ki, cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Link kopyalandı!
Son xəbərlər