Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali Avropa-Baltik əməkdaşlıq formatına daxil olan ölkələrin Xarici İşlər Nazirliklərinin nümayəndələri ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” səhifəsində məlumat verib.
Hikmət Hacıyev Şimali Avropa-Baltik əməkdaşlıq formatına daxil olan ölkələrin Xarici İşlər Nazirliklərinin nümayəndələri ilə səmərəli fikir mübadiləsi apardığını bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, bu, Şimali Avropa-Baltik əməkdaşlıq formatına daxil olan ölkələrin Xarici İşlər Nazirliklərinin nümayəndələrinin Azərbaycana ikinci belə səfəridir.
O, Şimali Avropa-Baltik əməkdaşlıq formatına daxil olan ölkələrlə Azərbaycan arasında siyasi dialoq və məsləhətləşmələr davamlı şəkildə inkişaf etməsindən məmnunluğunu vurğulayıb.