Siyasət
250
16:54, Bu gün

"Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası" təsdiqlənib

Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydası təsdiq olunub.

Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, reyestr müayinə və texniki xidmət üzrə məlumatlar toplusundan ibarət dövlət informasiya ehtiyatıdır.

Reyestrin məqsədi müayinə və texniki xidmət üzrə məlumatların toplanılması, işlənilməsi, mühafizəsi və saxlanılması, istifadəsi, məlumatlar üzrə təhlillərin aparılması, proqnoz və hesabatların hazırlanması, habelə reyestrə daxil edilmiş məlumatlar əsasında Qanunun 18-ci və 19-cu maddələrinin tələblərinə riayət olunması üzrə monitorinq keçirilməsi yolu ilə nəzarətin həyata keçirilməsidir.

Reyestrdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur.

Həmçinin reyestrə daxil edilən məlumatlar da müəyyənləşib.

Link kopyalandı!
Son xəbərlər