Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Siyasət
287
18 Mar 2026 | 23:44

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında Ər-Riyadda görüş keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabında məlumat paylaşılıb.

Görüşün təfərrüatı barədə məlumat verilməyib.

Qeyd edək ki, C. Bayramov Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir. Səfər çərçivəsində Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Link kopyalandı!
Son xəbərlər