Hikmət Hacıyev Parisdə Makronun müşaviri ilə ikitərəfli əlaqələri müzakirə edib
Siyasət
154
19:03, Bu gün

Hikmət Hacıyev Parisdə Makronun müşaviri ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransada bir sıra dövlət rəsmiləri ilə görüşüb.
 
Bu barədə Hikmət Hacıyev “X” səhifəsində məlumat verib.
 
Onun sözlərinə görə, Azərbaycan və Fransa prezidentlərinin telefon danışığından sonra Parisdə Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarları ilə məhsuldar görüş keçirib.
 
“İkitərəfli əlaqələr, qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər haqqında fikir mübadiləsi apardıq”, - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər