Milli Məclisdə vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib - FOTO
Siyasət
205
18:15, Bu gün

Milli Məclisdə vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib - FOTO

 

Martın 17-də vəzifəyə yeni təyin olunmuş hakimlərlə Milli Məclisdə görüş keçirilib.

 

Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbir iştirakçılarını spiker Sahibə Qafarovanın adından salamlayan Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev hakimləri bu məsul vəzifəyə təyin olunmaları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

O, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlamış hüquqi dövlət quruculuğu prosesi, onun əsas artibutlarından biri olan Konstitusiyanın qəbulu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən məhkəmə-hüquq islahatları barədə danışıb.

Parlamentlə məhkəmə orqanları arasında sıx əməkdaşlığın qurulduğunu deyən Aparat rəhbəri, Milli Məclisin məhkəmə-hüquq sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün qəbul etdiyi qanunları diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov ölkəmizdə məhkəmə sisteminin fəaliyyəti, bu sahənin təkmilləşdirilməsi üçün görülən işlər barədə danışıb, beynəlxalq hüququn bir sıra məsələləri haqqında fikirlərini bölüşüb.

Görüşdə Məhkəmə-Hüquq Şurası Aparatı rəhbərinin müavini Rəşad Həsənli qanunvericilik və məhkəmə hakimiyyəti arasında yaradılmış sıx əməkdaşlığa və bu görüşün təşkilinə görə parlament rəhbərliyinə təşəkkürünü bildirib. O, bu görüşün yeni təyin olunmuş hakimlərin gələcək fəaliyyətində öz rolunu oynayacağına inamını ifadə edib.

Sonra slaydlar vasitəsilə Milli Məclisin fəaliyyətinə dair təqdimat diqqətə çatdırılıb.

Tədbir çərçivəsində hakimlər parlamentin inzibati binasında Heydər Əliyevin abidəsini və “Zəfər Guşəsi”ni ziyarət ediblər, parlamentin plenar iclas zalı ilə tanış olublar və xatirə şəkilləri çəkdiriblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər