Ermənistanla Azərbaycan arasında sülh institutsional addımlar tələb edir.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Qriqoryan Şimali Avropa-Baltik əməkdaşlıq formatına daxil olan ölkələrin Xarici İşlər Nazirliklərinin Şərqi Avropa departamentlərinin direktorlarından ibarət nümayəndə heyəti ilə görüşdə iştirakçıların xahişi ilə Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün daha da təsisatlaşdırılmasına yönəlmiş addımları və onların əhəmiyyətini təqdim edib.
Nümayəndə heyətinin üzvləri regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəklədiklərini vurğulayıblar.
Görüşdə, həmçinin regiondakı vəziyyət və təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.