Azərbaycanın Çexiyadakı səfirliyi 10 gün konsulluq xidməti göstərməyəcək - FOTO
Siyasət
193
18:55, Bu gün

Azərbaycanın Çexiyadakı səfirliyi 10 gün konsulluq xidməti göstərməyəcək - FOTO

Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsində fasilə yaranacağı barədə xəbərdarlıq edib.

Moderator.az xəbər verir ki, bu barədə səfirliyin "X" (keçmiş "Twitter") hesabında məlumat paylaşılıb. Bildirilib ki, səfirliyin konsulluq şöbəsi martın 20-dən 30-dək bağlı olacaq.

Buna səbəb Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri elan olunmasıdır.

Azərbaycanın Çexiyadakı səfirliyi 10 gün konsulluq xidməti göstərməyəcək

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər