Hikmət Hacıyev:
Siyasət
196
17:55, Bu gün

Hikmət Hacıyev: "Azıx mağarasında arxeoloji tədqiqatlar davam etdirilir" - VİDEO

"Azıx mağarası Qafqazda və ümumilikdə Avrasiyada ən mühüm Paleolit dövrü abidələrindən biri hesab olunur".

Moderator.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, hazırda burada beynəlxalq və yerli alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar davam etdirilir:

"Bu araşdırmaların neandertal və homosapienslərin fəaliyyətləri, həmçinin onların bölgədə birlikdə yaşaması və ya paralel şəkildə məskunlaşması ehtimalı barədə mühüm elmi nəticələr ortaya qoyacağı gözlənilir".

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər