Aİ-nin xüsusi nümayəndəsi:
Siyasət
144
16:30, Bu gün

Aİ-nin xüsusi nümayəndəsi: "Azərbaycanla əməkdaşlıq genişləndirilməlidir"

"Mərkəzi Asiya müxtəlif məsələlərdə Azərbaycanla əməkdaşlığı gücləndirməlidir".

Moderator.az xəbər verir ki, bunu Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan xüsusi sessiyada deyib.

O bildirib ki, regionda ölkələrin sıx əməkdaşlığı bölgəyə fayda gətirə bilər:

"Mərkəzi Asiya Avrasiya qitəsinin ortasında yerləşir və qonşuluğunda müəyyən ölkələr var. Hansı ki o dövlətlərin də özünə görə çağırışları var. Bunun üçün də Mərkəzi Asiya ölkələri bir-birinə dəstək olmalıdırlar. İqlim, su mövzusu sözügedən coğrafiya üçün olduqca ciddi məsələlərdir. Ölkələr təcrübə mübadiləsi etməlidirlər. Azərbaycan da bu bölgə üçün önəmlidir. Təhlükəsizlik, idarəçilik, sabitlik, iqtisadi məsələr və s. sahələr üzrə Mərkəzi Asiya Azərbaycanla əməkdaşlığı genişləndirməlidir".

Link kopyalandı!
Son xəbərlər