Azad Vətən Partiyasının Siyasi Şurasının növbəti iclası keçirilib - FOTO
Siyasət
267
15:51, Bu gün

Azad Vətən Partiyasının Siyasi Şurasının növbəti iclası keçirilib - FOTO

Bu gün Azad Vətən Partiyasının (AzVP) ofisində Siyasi Şuranın növbəti iclası keçirilib. İclas iştirakçıları dövlət himninin canlı oxunmasından sonra,  Şəhidlərin xatirəsinin yad ediblər.

Bu barədə Moderator.az-a AzVP Mətbuat Xidmətindən məlumat verilib.

Bundan sonra Siyasi Şuranın sədri Novruz Novruzov  iclası açıq elan edərək giriş sözü ilə çıxış edib.  O eyni zamanda müzakirə olunacaq gündəlik məsələləri təqdim edib.

Əvvəlcə partiyaya üzv olmaq istəyən namizədlər, o cümlədən tanınmış jurnalist Əntiqə Rəşid  iştirakçılara təqdim edilib və partiyaya qəbulu müzakirə olunub. Müzakirələrdən  sonra  namizədlər partiyaya qəbul edilib.

Partiya sədri Akif Nağının təqdimatı ilə gündəlikdə duran ikinci məsələ ilə bağlı hesabat - çıxışı dinlənilib.

Beləki, partiya sədri qərarların icrası və görülmüş işlərlə bağlı son üç ayı əhatə edən hesabat dövrünü partiya üzvlərinin müzakirəsinə çıxarıb.

Rəsmiyyə Rzalı, Hacı Mehdi, Hacı Əkbər Rüstəmov, Tacəddin Əyyubov, Haşim İsgəndərli,  Rafiq Quliyev, Afiq Axundov, Ceyhun Tağıyev, Elxan Rəhimov, Kərəm Səfərov və başqları məsələ ilə bağlı fikir və rəylərini bildiriblər, həm də iclasın gündəliyində olan hazırkı ictimai-siyasi şərait və partiyanın vəzifələrinə dair məsələlərin müzakirəsində yaxından iştirak etdilər. 

Xüsusən ABŞ, İsrail – İran müharibəsi ilə bağlı bir çox detallar partiya üzvlərinin qızgın müzakirəsinə səbəb olub. Miqyasına görə son on illərin ən böyük müharibələrindən biri kimi xarakterizə edilən bu müharibə tək İran və İsraillə də məhdudlaşmır. Çünki İran Bəhreyn, İraq, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Kipr Respublikasına hücumlar həyata keçirib. Eləcə də  BƏƏ də İrana qarşı müharibə elan edib. Bir neçə dövlətin sərhədlərimizin astanasında belə ciddi hərbi münaqişəyə qoşulması müəyyən mənada narahatlıq yaradır. Təbii ki, bu hal  Azərbaycan vətəndaşlarını narahat etməyə bilməzdi. Xüsusən, Naxçıvan ərazisinə düşən raketlərdən sonra  kritik bir məqamın yaranması  Azərbaycandan həmişəki kimi müstəqil  xarici siyasət kursuna uygun addımlar atılmasını vacib etdi. Naxçıvana atılan raketin İrandan gəldiyi iddiası fonunda yaranmış gərginliyə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin tapşırığına əsasən, İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım göndərilməsi, dövlətimizin  həm qonşuluq məsuliyyətinə sadiqlik, həm də humanitar dəyərlərin prioritet olduğunu göstərdi. 

Partiya üzvləri tərəfindən Prezident İlham Əliyevin  İranla bağlı siyasəti bəyənilib, bu siyasətin dövlətimizin və xalqımızın milli maraqları üzərindən həyata keçirilməsi məmnunluqla qarşılanıb.  

Müzakirələrdən sonra – iclasin sonunda məruzə və çıxışlara uyğun olaraq qərarlar qəbul edilib. 

Link kopyalandı!
Son xəbərlər