Pakistanlı diplomat İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO
Siyasət
135
15:30, Bu gün

Pakistanlı diplomat İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

Moderator.az APA-ya istinadən xəbər verir ki, Pakistanın Tehrandakı səfirliyinin əməkdaşı Nadim Bəsitxan Astara dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycana təxliyə olunub.

Diplomat jurnalistlərə bildirib ki, ötən il də Azərbaycanda olub:

“Azərbaycan xalqı çox gözəl xalqdır. Ötən ilin iyun ayında da burada olmuşam”.

Bundan əlavə, Azərbaycan və Rusiya vətəndaşları da təhlükəsiz şəkildə İrandan Azərbaycan sərhədi ilə təxliyə olunublar.

Pakistanlı diplomat İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO Pakistanlı diplomat İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO Pakistanlı diplomat İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO

Link kopyalandı!
Son xəbərlər