13:40
11°C
Bakı
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduard Stiprais ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə H.Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
Prezidentinin köməkçisi bildirib ki, görüşdə regional əməkdaşlıq, xüsusən də Trans-Xəzər və TRIPP layihələrinə diqqət yetirməklə bağlı səmərəli müzakirələr aparılıb.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlüyü nəzərə alınmaqla, bu formatda əməkdaşlıq üçün əhəmiyyətli imkanlar mövcuddur.