WUF13-ə hazırlıq işləri sürətlə davam edir.
Moderator.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, WUF13-ün keçiriləcəyi Bakı Olimpiya Stadionu yenidən qlobal miqyasda diqqət mərkəzinə çevriləcək.
Anar Quliyev qeyd edib ki, hazırlıq işləri artıq son mərhələyə çatıb: “Stadionda 40 əsas sessiya, təxminən 350 tərəfdaş tədbiri və 35 min kvadratmetr sahəni əhatə edən geniş şəhər sərgisi təşkil olunacaq”.
O vurğulayıb ki, WUF13 dialoq, tərəfdaşlıq və real əməkdaşlıqlar üçün mühüm platforma rolunu oynayacaq, müxtəlif ölkələrindən qlobal mənzil problemlərinə aid praktiki həllər təqdim olunacaq.
Anar Quliyev onu da qeyd edib ki, WUF13 dövlət və hökumət başçılarını bir araya gətirəcək: “WUF13, eyni zamanda, COP29 Nazirlər Toplantısından ilhamlanaraq nazirlər, merlər və ekspertlər arasında birbaşa dialoq üçün platforma yaradacaq, praktik həllərin formalaşmasına və konkret nəticələrin əldə olunmasına imkan verəcək”.