Zelenski azərbaycanlı hərbçini ordenlə təltif etdi - FOTO
Siyasət
200
18:57, Bu gün

Zelenski azərbaycanlı hərbçini ordenlə təltif etdi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı hərbçini təltif edib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna ordusunda xidmət edən soydaşımız Emin Həsənov "İgidliyə görə" ordeni ilə mükafatlandırılıb.

"Emin Həsənov 2015-ci ildən könüllü olaraq Ukrayna ordusunda xidmət edir. O bir neçə dəfə ağır yaralanmasına baxmayaraq, müalicə aldıqdan sonra yenidən cəbhə xəttinə - komandiri olduğu bölməyə qayıdıb", - deyə məlumatda bildirilib.

Link kopyalandı!
Son xəbərlər