Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin ittihamlarını qınayıb
Siyasət
237
13:58, Bu gün

Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin ittihamlarını qınayıb

Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin ittihamlarını qınayan bəyanat yayıb.
 
Moderator.az xəbər verir ki, icmanın bəyanatında bildirilir ki, Avropa Parlamentinin bir qrup üzvü Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasa Azərbaycana qarşı böhtan və nifrət ruhunda məktub ünvanlayıb.
 
Bəyanatda qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması, hətta ticarət əlaqələrinə başlanması, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştanın Azərbaycana rəsmi səfəri fonunda avropalı parlamentarilər bu yanaşma ilə Ermənistanda və ondan kənarda revanşist dairələrin dəyirmanına su tökürlər.
 
"Bu xüsusda, qondarma rejimin tör-töküntülərinə "France 24" kanalında efir verilməsi də çoxsaylı suallar doğurur. Bölgədə sülhün bərqərar olması Avropada hələ də Azərbaycana qarşı "köhnə bayatılar"dan əl çəkməyən bəzilərini, görəsən, niyə bu qədər narahat edir?!
 
Qarabağdan könüllü getmiş ermənilərin qayıdışından dəm vuran avropalı parlamentarilərin biz qərbi azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu danmasını, insan haqları, humanitar problemlərə etnik və dini təəssübkeşlik prizmasından baxmasını şiddətlə qınayırıq", - bəyanatda bildirilib.
 
Link kopyalandı!
Son xəbərlər