Amerikalı ekspert İlham Əliyevi dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edib - FOTO
Siyasət
290
12 Mar 2026 | 23:30

Amerikalı ekspert İlham Əliyevi dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu 15 liderindən biridir.

Moderator.az xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə aparıcı eksperti Ceyms Cey Karafano "X"dəki hesabında yazıb.

"Bu günün ən yüksələn və nüfuzlu dünya liderlərinin siyahısı Milei, Meloni, Kast, Stubb, Modi, Takaiçi, Nawrocki, Dans, Əliyev (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev), Mərakeş kralı VI Məhəmməd, Zelenski, Netanyahu, Merts və öz liqasında tək olan Donald Trampdır", - paylaşımda bildirilib.

Ceyms Cey Karafano Duqlas və Sara Allison xarici siyasət araşdırmaları mərkəzinin direktoru və "Heritage" fondunun Ketrin və Şelbi Kallom Devis beynəlxalq araşdırmalar institutunun vitse-prezidentidir. Karafano ABŞ Konqresində müdafiə, kəşfiyyat və vətən təhlükəsizliyi məsələləri üzrə ekspert kimi ifadə verib. Karafano, "Heritage"in antisemitizm əməliyyatlarının, o cümlədən "Esther" layihəsinin rəhbəridir.

 

Link kopyalandı!
Son xəbərlər