20:34
7°C
Bakı
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 12-də ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Timor-Leste prezidentinin 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Timor-Leste arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.