Siyasət
196
16:45, Bu gün

"Orta güc konsepsiyasına inanırıq, gündəliyimizi özümüz təyin edirik"

“Biz orta güc konsepsiyasına inanırıq, gündəliyimizi özümüz təyin edirik”.

Moderator.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panel müzakirəsində çıxışında deyib.

O bildirib ki, bəzən “orta güc” deyəndə əvvəlcə ölkənin hərbi imkanları, ÜDM-i və ya ərazi ölçüsü ağıla gəlir: “Biz özümüzü orta güc kimi qəbul edirik, lakin burada məqsəd ÜDM, ərazi və ya hərbi güc üzrə yarış deyil. Bizim üçün orta güc – problemlərin həllinə yönəlmiş yanaşma və öz regionuna, həmçinin qlobal gündəliyə töhfə vermək iradəsidir. Orta güc vasitəsilə biz qlobal gündəliyin iştirakçısına çevrilirik”.

Hikmət Hacıyev qeyd edib ki, BMT institutları əməkdaşlıq etmək əvəzinə bir-biri ilə rəqabət aparır: "Məhdud resurslardan səmərəli istifadə etmək əvəzinə, daha geniş rəqabət elementləri yaranır. Bu onların dəyişən şəraitə uyğunlaşa bilməməsidir. Məhz buna görə bəzi çoxtərəfli institutların uyğunlaşma və çeviklik problemlərini gördükdə Azərbaycan kimi ölkələr daha geniş “orta güc” konsepsiyasına keçid edir”.

Link kopyalandı!
Son xəbərlər