00:32
5°C
Bakı
Qlobal gərginliyin və qeyri-sabitliyin artdığı bir vaxtda Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin möhkəmləndirilməsi əvvəlkindən daha vacibdir.
Moderator.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Prezident İlham Əliyevlə Bakıda keçirdiyi görüşdən sonra "X" hesabında yazıb.
Koşta bildirib ki, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni çərçivə üzərində işlərin davam etdirilməsinə ümid edir.
Antonio Koşta əlavə edib ki, İran və Yaxın Şərqdə hərbi eskalasiyanın Azərbaycanın təhlükəsizliyinə birbaşa təsir göstərə biləcəyi şəraitdə Avropa İttifaqı Azərbaycan və onun xalqı ilə tam həmrəydir.