Koşta: Aİ Azərbaycanın Cənubi Qafqazla bağlı mövqeyini bölüşür
Siyasət
241
19:17, Bu gün

Koşta: Aİ Azərbaycanın Cənubi Qafqazla bağlı mövqeyini bölüşür

Orta Dəhlizin inkişafı nəqliyyatın inkişafı üçün yeni strateji imkanlar açır. Digər mühüm element Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq "Bakı-Naxçıvan" dəmir yolu layihəsinin başa çatdırılmasıdır.

Moderator.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

Bu layihənin yeni iş yerləri yaradacağını və ölkələrin iqtisadiyyatını gücləndirəcəyini vurğulayan A.Koşta əlavə edib:

"Biz Azərbaycanın firavan və qarşılıqlı əlaqəli Cənubi Qafqazla bağlı baxışını bölüşürük".

Link kopyalandı!
Son xəbərlər