Paşinyan: Azərbaycandan yanacaq idxalı qiymətləri aşağı salıb və bazarda monopoliyanı
Siyasət
221
18:25, Bu gün

Paşinyan: Azərbaycandan yanacaq idxalı qiymətləri aşağı salıb və bazarda monopoliyanı "sındırıb"

Ermənistan artıq Azərbaycanda hasil olunan nefti idxal edir ki, bu da bazarda yanacaq qiymətlərinin aşağı düşməsinə və onilliklər boyu mövcud olan monopoliyaların "sınmasına" gətirib çıxarıb.

Moderator.az-ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Avropa Parlamentində çıxış edərkən bəyan edib.

Paşinyan ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Azərbaycan da Ermənistan üçün ixrac istiqamətinə çevriləcək.

"Mən həmçinin Gürcüstanın Baş nazirinə Ermənistan və Azərbaycan arasında dəmiryol əlaqəsinə və ümumilikdə sülh prosesinə dəstəyə görə təşəkkür etmək istərdim", - o qeyd edib.

Link kopyalandı!
Son xəbərlər