Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçıları və vitse-prezidentlərinin ikinci toplantısına dəvət olunub.
Moderator.az xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyevlə görüşünə dair "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.
"ŞKTR-nin Baş naziri Ünal Üstelin də Bakıya dəvət olunmasını Türk dünyası həmrəyliyi və qardaşlıq hüququnun təbii təzahürü olaraq görürük", - o qeyd edib.
Qeyd edək ki, cari ilin aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşü keçiriləcək. Birinci toplantı ötən ilin sentyabrında Qırğızıstanın paytaxtı Bişkekdə baş tutmuşdu.