Niderland İrandakı səfirliyini Tehrandan Azərbaycana köçürüb
Siyasət
206
18:57, Bu gün

Niderland İrandakı səfirliyini Tehrandan Azərbaycana köçürüb

Niderland İrandakı səfirliyini müvəqqəti olaraq Tehrandan Azərbaycana köçürüb.

Moderator.az xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen “X” hesabında bildirib.

O qeyd edib ki, diplomatların təhlükəsizliyinə artan risklər səbəbindən səfirliyin müvəqqəti olaraq Tehrandan Bakıya köçürülməsi ilə bağlı qərar verilib.

Xatırladaq ki, bu gün Niderlandın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan sərhədi ilə təxliyə olunub.

Link kopyalandı!
Son xəbərlər