Siyasət
199
12:33, Bu gün

"Normativ hüquqi aktlar haqqında" Qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Moderator.az bu barədə President.az-a istinadən xəbər verir.

Dəyişikliklə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69 (Cild I); 2024, № 10, maddə 1109) 2.10-cu maddəsindən "III," rəqəmi çıxarılır.

Çıxarılan III maddədə deyilir: "Naxçıvan MR-in ali vəzifəli şəxsinin fərmanları Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına zidd olmamalıdır, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərmanları yalnız dərc edildikdə Naxçıvan Muxtar Respublikasında onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir".

Link kopyalandı!
Son xəbərlər