Malta dron hücumundan sonra Azərbaycana dəstəyini ifadə edib
Siyasət
193
21:07, Bu gün

Malta dron hücumundan sonra Azərbaycana dəstəyini ifadə edib

Malta Azərbaycanın ərazisinə edilən dron hücumundan sonra ölkə ilə həmrəy olduğunu bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə Maltanın Baş nazirinin müavini və xarici işlər naziri Yan Borq "X" hesabında yazıb.

“Malta Azərbaycanın ərazisinə edilən dron hücumundan sonra ölkə ilə həmrəy olduğunu bildirir. Suverenliyə və regional sabitliyə təhdid yaradan hər hansı hərəkəti qətiyyətlə pisləyirik və təmkinə, dialoqa və beynəlxalq hüquqa tam hörmət göstərilməsinə çağırırıq”, – deyə paylaşımda qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər