Ceyhun Bayramov almaniyalı həmkarı ilə DANIŞDI
Siyasət
808
09 Mar 2026 | 15:46

Ceyhun Bayramov almaniyalı həmkarı ilə DANIŞDI

Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
 
Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.
 
Almaniya naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.
 
Almaniya naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
 
Telefon danışığı zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər