Macarıstanın İrandakı səfiri diplomatların təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Siyasət
1387
08 Mar 2026 | 20:31

Macarıstanın İrandakı səfiri diplomatların təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Macarıstanın İrandakı səfiri Jola Peto diplomatların təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib.

Moderator.az report -a istinadən xəbər verir ki, diplomat Astara dövlət sərhədindən buraxılış məntəqəsində jurnalistlərə minnətdarlığını bildirib.

"Hər şey rahat keçdi. Səmimi qarşılama üçün çox sağ olun. İcazə verin həmkarlarıma qoşulum", - Peto deyib.

Qeyd edək ki, Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan beş ölkənin diplomatik nümayəndəliklərinin əməkdaşları Azərbaycana təxliyə ediliblər. Onların arasında Macarıstanın diplomatik nümayəndəliyinin səkkiz əməkdaşı da var.

Link kopyalandı!
Son xəbərlər