Çin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
Siyasət
1355
08 Mar 2026 | 18:04

Çin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi

Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir.

Moderator.az xəbər verir ki, günorta saatlarından (13:30-dan 17:00-dək) indiyə kimi 5 Azərbaycan və 6 Çin vətəndaşı bu ölkədən təxliyə edilib.

Daha əvvəl Qazaxıstanın İrandakı diplomatik korpusunun üç əməkdaşının və 8 Rusiya vətəndaşının təxliyəsi həyata keçirilmişdi.

Link kopyalandı!
Son xəbərlər