Milli Məclis və Pakistan Senatının sədrləri İranın Naxçıvana dron hücumunu pisləyiblər
Siyasət
204
13:20, Bu gün

Milli Məclis və Pakistan Senatının sədrləri İranın Naxçıvana dron hücumunu pisləyiblər

Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Milli Məclisinin sədri Sahibə Qafarovaya telefonla zəng edib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilə məlumata görə, Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan

Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya telefonla zəng edib.
Telefon danışığı zamanı regionda cərəyan edən proseslər müzakirə edilib.

Seyid Yusuf Rza Gilani İran İslam Respublikasının Azərbaycana qarşı dron hücumlarından narahatlığını ifadə edib və bu hücumları qınadığını bildirib. O, Pakistan dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı həmçinin dünyada mövcud gərgin proseslər fonunda parlamentlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Link kopyalandı!
Son xəbərlər